...Türkiyəli aktrisa Hande Erçel rus kinosu, xüsusən də Yura Borisov yaradıcılığı ilə yaxından tanış olmağı planlaşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məşhur bu barədə Moskvada mətbuat konfransında danışıb.
...Təəssüf ki, mənim hələ heç bir rus filminə və ya serialına baxmaq imkanım olmayıb. Əminəm ki, bunlar çox layiqli əsərlərdir. Eşitdim ki, gənc aktyor Yura Borisov var, mən onun yaradıcılığı ilə tanış olmaq istərdim, – o qeyd edib.
Yeri gəlmişkən, Hande Erçel ilk dəfə Rusiyaya uçub. Ulduz həmkarı Barış Arduça ilə birgə Moskvada işgüzar səfərdədir - onlar baş rolları ifa etdikləri "Bırak onu küləyə" filminin premyerasına gəliblər.
Erçel etiraf edib ki, o, uzun müddətdir Moskvaya səfər etməyi planlaşdırır və belə bir fürsətin yaranmasına sevinir. Paytaxtın memarlığı aktrisanı heyran edir və şəhər turuna çıxmağı planlaşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə