Kventin Tarantino kino yaradıcılığına ara vermək qərarına gəlib

...Amerikalı kinorejissor, ssenarist və prodüser Kventin Tarantino ən azı 2026-cı ilə qədər film yaradıcılığına fasilə vermək istədiyini bildirib. O, oğlunun böyüyənə qədər gözləmək istədiyini söylədi.

...Oğlumun ən azı altı yaşı olana qədər film çəkmək istəmirəm. Onda o, orada nə baş verdiyini biləcək və bu, ömrünün sonunadək yaddaşında qalacaq.

SİA-nın məlumatına görə, o bunu “Variety”-ə bildirib. Tarantino karyerasına qayıtmağa tələsmir, çünki o, İsraildə yaşayır və hesab edir ki, bir yaş yarımlıq qızı və oğlunu səyahətə çıxarmaq hələ tezdir.

Film istehsalındakı fasiləyə baxmayaraq, Quentin Tarantino tamaşa üzərində işləməyə davam edir. Onun sözlərinə görə, tamaşa uğurlu alınarsa, bu, onun növbəti və son filmi üçün əsas olacaq.

Qeyd edilir ki, Tarantino film istehsalı ilə məşğul olmaq istəmədiyini, çünki bunun yalnız itkilər gətirdiyini söyləyib. Film bir neçə həftə buraxılır və sonra internetdə görünür, bu da kinorejissorların daha az pul qazanması deməkdir.

...“Once Upon a Time in Hollivud” filmi ekranlara çıxdıqdan sonra Tarantino növbəti filmin onun karyerasının sonuncusu olacağını bildirib.

2023-cü ilin yazında o, Bred Pittin baş rolu oynamalı olduğu “Kino tənqidçisi” filmi üzərində işə başladı. Lakin bir il sonra Tarantino fikrini dəyişdi. O, qərarını motivasiyasının itirilməsi ilə izah edib.

Və layihə ləğv edilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə