Türkiyənin məşhur “Bahar” serialına yeni aktrisa daxil olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Sumru Yavrucuk da yer alacaq.
O, layihədə “Leyla” obrazına həyat verəcək. O, “Timur”un xalasını canlandıracaq.
Qeyd edək ki, serialın baş rollarında Demet Evgar, Mehmet Yılmaz Ak və Buğra Gülsoy oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə