İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur reper Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb. SİA xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib. Jurnalistlər qeyd ediblər ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.
37 yaşlı reper 2018-ci ildən Türkiyə polisi onu 2023-cü ilin dekabrında İrana təhvil verənə qədər İstanbulda yaşayıb. O, həmin vaxtdan İranda həbsdədir. Reper fahişəliyi təbliğ etdiyi üçün 10 il müddətində azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB