Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın adından dələduzluq edilib. SİA xəbər verir ki, rəqqasənin adından istifadə edərək müğənni Rüfət Axundovu aldadıb pulunu alıblar. Bu barədə Fatimə sosial media hesabında videomüraciət yayımlayıb: "Belə bir səhv etməyin. Rüfət Axundov artıq bu səhvin qurbanı olub. Elə bilib ki, mənəm. Kimdirsə mənim adımdan, şəklimdən istifadə edərək vatsap nömrəsi ilə hamıdan pul istəyir. Nə bilim, ad günündəyəm, 150 manat at, işçimə göndərməliyəm və s. Rüfət o tora düşüb. Amma siz bu səhvi etməyin. Həmin adam polisə verilib. Bayramlara görə məsələ uzanıb. Tezliklə həmin şəxs cəzasını alacaq".
Qeyd edək ki, Fatimə ötən gün daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək dələduzların qanun qarşısında cavab verməsini və bu məsələ ilə bağlı aidiyyəti tədbirlərin görülməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə