Məşhur reper xarici agent elan edildi

Rusiyanın Ədliyyə Nazirliyi "Legalize" ləqəbi ilə tanınan reper Andrey Menşikovu xarici agent kimi tanıyıb. SİA xəbər verir ki, ifaçının xarici agentlərin materiallarını və Rusiya hakimiyyətinin onların mənfi imicini formalaşdıran qərarları haqqında saxta materiallar yaydığı, Ukraynada hərbi əməliyyatlara qarşı çıxış etdiyi, Rusiya vətəndaşları haqqında mənfi fikirlər səsləndirdiyi diqqətə çatdırılıb. Xatırladaq ki, reper ötən ilin iyun ayında Rusiyanı tərk edərək Latviyaya köçüb.

Bütün xəbərlər Facebook səhifəmizdə