İran kinosunun məşhur siması Jaleh Olov dünyasını dəyişib

İranın ustad aktyoru Jaleh Olov 97 yaşında dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Olov 50-dən çox film və serialda çəkilib.

1927-ci il təvəllüdlü sənətçi 1948-ci ildə radioda fəaliyyətə başlayıb, bir ildən sonra teatra köçüb. İlk filmi 1948-ci ildə çəkilmiş "Həyat fırtınası" idi. Uolt Disney istehsalı olan animasiyaların səsləri üzərində də çalışan aktyor bir müddət dublyaj meneceri vəzifəsində çalışıb. 50-dən çox film və serialda çəkilib. Onun “İtirilmiş vaxt”, “Qar adamı”, “Tale günü”, “Pəri”, “Anamın qonağı”, “Möhtərnamə”, “Şeyx Bəhai”, “Qaranlıqdan da parlaq”, “Bir zamanlar”, “Rey Səyyah” və “Qurdlar” kimi əsərləri var. Olov 2011-ci ildə İran kinosunun ölməz simalarından biri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə