Engin və Dilan Polat cütlüyünün məhkəməsinin nəticəsi açıqlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə şirkətləri ailəyə qaytarmqdan imtina edib. Qərara görə, Polatların israrla geri istədikləri şirkətləri qəyyumlar idarə etməyə davam edəcəklər. Məhkəmə təqsirləndirilən şəxslərin bütün tələblərini rədd edib və növbəti məhkəmə aprelin 8-nə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə