Qış tətili yorucu və gərgin iş rejimindən sonra dincəlmək, yenidən enerji toplamaq üçün əvəzolunmaz fürsətdir. Qış tətilini kimisi evdə, kimisi dost-tanışla, kimisi də evdən kənarda keçirdir. Bu tətil bizim aktyorlarımız üçün də vacibdir. Belə ki, səhnədə, çəkiliş meydanında və ya teatr tamaşalarında keçirtdikləri uzun zaman onları həm fiziki, həm də emosianal yorur. Bəs görəsən bu yorğunçuluğu çıxarmaq üçün aktyor və aktrisalarımız harada dincələcəklər? Biz də SİA olaraq bəzi aktyorlarımıza, qış tətilində harda dincələcəksiniz sualını ünvanladıq:
Əməkdar artist Rafael İsgəndərov heç bir planının olmadığını, Bakı şəhərinə olacağını bildirdi.
Aktirisa Pərvin Abıyeva bu il bayram abu-havasında olmadığını açıqlayıb: "Düzü heç bir planım yoxdur, hələki heçnə planlamamışam. Heç bu il "Yeni ilə" belə bir həvəsim yoxdur, amma bir çılğınlıq edib son saatlarda Azərbaycanda olmaya bilərəm”.
Aktirisa Rada Nəsibova da illərdir mütəmadi çalışdığına görə bu il nəhayət ki, evdə ailəsi, sevdikləri ilə bir yerdə olacaq. Rada xanım teatrda çalışdığına görə bayramları ancaq axşamlar, yorğun şəkildə evdə olduğunu vurğulayıb. Bu səbəbdən bu il işləmək yox, sevdikləri ilə keçirtməyi düşünür
Aktyor Cavidan Novruz dekabr ayının 25-dən - yanvar ayının 5-nə qədər yalnız çəkilişdə olacağını bildirdi. Hə bununla da bitmədi. O, dekabrın 29-dan yanvarın 1-nə qədər Yeni illə bağlı olan şəhərdən kənar proqramlarda iştirak edəcək. Qısası hamı kimi istrahət edə bilməyəcəyini, nədənsə bu il özünü çox yüklədiyini bildirdi.
Ülkər Rəhmanqızı
Bütün xəbərlər Facebook səhifəmizdə