Aqutin və "Kvartet I"-in konserti ləğv edilsin!

Kazaklar Leonid Aqutinin və "Kvartet I" yaradıcılıq birliyinin konsertinin qadağan edilməsini tələb etdilər.

SİA xəbər verir ki, bu barədə Mash Siberia Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, kazak xalqının Atamanlar Şurasının nümayəndələri müğənni Leonid Aqutin və kvartet sənətçilərinin liberal və qərbyönlü mövqe tutduqlarını bildiriblər.

Onların fikrincə, bu, fevralın 5-də Omsk G-Drive Arenada keçirilməsi planlaşdırılan tədbirin ləğvi üçün əsas olmalıdır. Fəallar müvafiq məktubla vilayət hökumətinin başçısı Vitali Xotsenkoya müraciət ediblər.

Yerli hakimiyyət orqanlarının və tamaşaların keçiriləcəyi saytın reaksiyası barədə məlumat verilməyib.

Daha əvvəl məlum olub ki, kazaklar Diana Arbeninanın Omskdakı konsertinin qadağan edilməsini tələb edib və müğənnini üzr istəməyə çağırıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə