...Yevgeni Petrosyan uzun illər ABŞ-da yaşayan qızı Viktorinanı məhkəməyə verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə StarHit yazır.
...İddia noyabrın 12-də daxil olub və noyabrın 20-də Xamovniçeski Rayon Məhkəməsi Petrosyana iddia ərizəsində səhvlər olduğu üçün onu düzəltməyi tövsiyə edib.
Məhkəmə iddiaçıya göstərdiyi nöqsanları 20 yanvar 2025-ci il tarixinədək aradan qaldırmağı tapşırıb.
Portalın məlumatına görə, Petrosyan varisi Rostov sahilindəki 34 kvadratmetr sahəsi olan mənzildən azad etmək istəyib.
Jurnalistlər Petrosyanın qərarının qızı ilə münasibətlərinin pisləşməsi ilə əlaqədar olduğunu irəli sürdülər.
Deyilənlərə görə, Viktorina atasının 30 ildən çox evli olduğu Yelena Stepanenkodan boşanmasına qəti şəkildə qarşı idi. Bundan əlavə, qadın atasının indiki seçdiyi Tatyana Bruxunovanı qəbul etmir.
Xatırladaq ki, Viktorina Petrosyan 1968-ci il noyabrın 11-də Petrosyanın balerina Bella Kriqerlə evliliyində anadan olub. Hazırda sənətçilərin qızı ABŞ-da yaşayır və bizneslə məşğuldur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə