O, dəfn olunmaq istəyib, kremasiya yox...

...Aktrisa Svetlana Svetliçnaya son aylarda çox xəstə idi, yeriyə bilmirdi və heç kimi tanımırdı.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə sənətçinin nəvəsi danışıb.

Onun sözlərinə görə, 84 yaşlı nənə ondan son istəyinin yerinə yetirilməsini - yandırılmamasını, qəbiristanlıqda dəfn edilməsini istəyib.

...Nənəm çoxdan xəstə idi... O, dəfn olunmaq istəyirdi, kremasiya yox. Biz onun arzusunu mütləq yerinə yetirəcəyik, - deyə mk.ru-ya istinadən Mariya İvaşova bildirib.

Nəşr aktrisanın son fotolarını da dərc edir.

Xatırladaq ki, Rusiya Federasiyasının əməkdar aktrisası Svetlana Svetliçnaya 2024-cü il noyabrın 16-da 85 yaşında yuxuda vəfat edib.

Sənətçinin beyin şişi və ağız-udlaq xərçəngi var idi. Onlar Svetliçnayanı Vaqankovskoye qəbiristanlığında oğlu və ərinin məzarının yanında dəfn etməyi planlaşdırırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə