Bu arada müğənni Alsu üçün yeni hüquqi problemlər yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müğənni bu yaxınlarda iş adamı Yan Abramovla səs-küylü və uzun sürən boşanma prosesini başa vurub.
...Və hazırda Alsu Sankt-Peterburqdan müxtəlif avadanlıqlar istehsal edən şirkət tərəfindən məhkəməyə verilir.
İddiaçı şirkət, cavabdeh Abramova, üçüncü tərəf isə Əqli Mülkiyyət üzrə Federal Xidmətdir. Jurnalistlər qeyd ediblər ki, məhkəməyə müraciətin səbəbi bəlli deyil.
Və onlar əlavə ediblər ki, şirkət nümayəndələri hadisə ilə bağlı şərh verməkdən qəti şəkildə imtina edirlər.
Mütəxəssislər iki “Alsu” ticarət nişanının müğənni ilə qeydiyyatdan keçdiyini bildiriblər.
Eyni zamanda, şirkət bu yaxınlarda ultrasəs ölçmə qurğusu üçün “Alsu” markasını qeydiyyatdan keçirmək üçün ərizə verib. Belə ki, onlar qeyd ediblər ki, iddia əmtəə nişanları ilə bağlı ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə