"Günah müğənninin deyil, məclis sahibinindir" - Müğənni kimlərə söz atdı?
Məlumdur ki, günümüzdə toy mərasimində 30 dəqiqəsi 8-10 minə iştirak edən müğənnilər var. Bəs, bu şişirdilmiş qiymətlər nədən qaynaqlanır? Nə dərəcədə doğrudur? SİA mövzu ilə bağlı müğənni Ofelya Şabanovanın fikirlərini öyrənib.
Ofelya Şabanova bildirib ki, bəli, belə müğənnilər var: “İlk növbədə Allah hər kəsin ruzi-bərəkətini bol etsin. Günah müğənninin deyil. Günah məclis sahibinindir. Biz xalq olaraq çox şöhrət pərəst insanlarıq. Düşünürük ki "əşşi necə oxuyur oxusun, əsas məclisimdə iştirak etsin, təki adı olsun, üzü görünsün". Hətta hər bir mahnı üçün qiymət hesablayan ifaçılar var.
Bəla orasıdır ki, bu müğənnilər fonaqram ifa edərək belə məbləği alırlar. Mən bunun dəfələrlə şahidi olmuşam.
Müğənni olmasın digər sahədə işləyən insan olsun, malını baha satmaq istəyən, aldığını ucuz almaq istəyər. Qaynatam deyərdi “Oğrunun vəzifəsi oğurlamaqdır. Sən zəhmət çək oğurlatdırma".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə