...T9 və Band'Eros qruplarının keçmiş üzvü, SOLDATOV təxəllüsü ilə tanınan müğənni Vladimir Soldatov bir dəfə ən yaxın dostunun həyat yoldaşını oğurlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bunu “Xəcalət” tamaşasının premyerasında etiraf edib.
...Ən yaxşı dostum məni həyat yoldaşı ilə birlikdə görəndə belə bir hadisə yaşadım. Çox maraqlı an idi, çünki o vaxt onlar hələ ər-arvad idilər, amma elə oldu ki, onun arvadı mənim həyat yoldaşım oldu, - deyə sənətçi bildirib.
Soldatov qeyd edib ki, o, “ural oğlan”dır və prinsipialdır. Artist belə bir hekayənin onun başına gələcəyini ağlına belə gətirə bilməzdi.
Onun sözlərinə görə, indi həyat yoldaşları ilə hər şey qaydasındadır, onların övladı var, amma bir müddətdir ki, utanc hissi onu təqib edir.
…Mən baş verənlərdən heç utanmıram, heç nəyə peşman deyiləm. İndi mən də belə edərdim, – deyə sənətçi bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə