...Amerikalı reper Kanye Uestin həyat yoldaşı, avstraliyalı dizayner Bianka Censori Tokioda keçirilən əyləncə gecəsinə... çılpaq gəlib. “Çılpaq gəlib” deyəndə, əslində əynində “paltar” varmış, amma qadının əsas əzalarını göstərməməyə mane olmurmuş
SİA-nın əldə etdiyi məlumata görə, onun “ətcəbalalığı” ilə bağlı müvafiq şəkilləri TMZ nəşr edib.
Jurnalistlərin ixtiyarında olan yayımlanan fotolarda musiqiçinin həyat yoldaşı bədəninin intim hissələrinə krujeva örtükləri ilə təsvir olunub.
Censorinin Halloween bayramını qeyd etmək üçün qalereyada təşkil edilən tədbirdə ondan “lüt-üryan”ı yoxmuş.
Amma, necə deyərlər, Allahı var, deyilənlərə görə, “lüt-üryan” qadının əri "çox abırlı" geyinibmiş. Onun əynində ağ kapüşonlu şalvarı olan ağ idman kostyumu varmış.
Deyirəm, yəqin bu geyimi ona arvadı məsləhət bilib, dizaynerdi axı...
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə