Boşanan Alsunun indi...“barmaqları bala batıb”..?

O, boşandıqdan sonra pərəstişkarlarının sayının çoxaldığını deyir...
Boşanan Alsunun indi...“barmaqları bala batıb”..?

Müğənni Alsu bildirib ki, iş adamı Yan Abramovdan boşandıqdan sonra özünə diqqətin artdığını hiss edib.

SİA-nın əldə etdiyi məlumata görə, rus saytları xəbər verir ki, o, bu barədə cümə axşamı, oktyabrın 31-də paytaxtın "Oktyabr" kinoteatrında baş tutan "Şou ver" serialının premyerasında jurnalistlərlə bölüşüb.

Alsudan boşanmanın populyarlığına necə təsir etdiyini soruşdular. O, cavab verib ki, sosial şəbəkələrdə izləyicilərinin sayı artıb. Ancaq artım o qədər də əhəmiyyətli deyil.

Bunu sənətçi qeyd edib.

...Belə oldu. Bunu mən də istəməzdim, amma belə oldu. Hər şey qaydasındadır, davam edirik.

Bunu da Alsu bildirib.

Xatırladaq ki, o vaxt məhkəmə cütlüyə barışmaq üçün iki ay vaxt versə də, bu onlara kömək etmədi.

...Yəni bizlərdə deyildiyi kimi,..alınmadı..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə