Beyonsdan Harrisə böyük dəstək gəldi

Amerikalı məşhur müğənni Beyons​ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Texas ştatının Hyuston şəhərində baş tutacaq seçki kampaniyasında çıxış edəcək. SİA bu barədə “The İndependent” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Beyons iştirakı ilə seçki yarışında vitse-prezidentə dəstəyini nümayiş etdirə bilər.

Müğənni mitinqə modelyer anası Tina Nouls və amerikalı bəstəkar Villi Nelsonla birlikdə qatılacaq.

Qeyd olunur ki, Harris uzun müddətdir ki, mitinqlərdə fon musiqisi kimi Beyonsun “Freedom” mahnısından istifadə edir.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə