Leonardo Di Kaprio və sevgilisi paparassilərə tuş gəlib - FOTO

Leonardo Di Kaprio və sevgilisi Vittoria Ceretti Nyu-York küçələrində paparassilərə tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı Hollivud aktyoru və 26 yaşlı model sevgilisi əl-ələ şəhərdə gəzintiyə çıxıb. Leonardo Di Kaprio ilə məşhur model arasındakı münasibət ötən ilin yayında məlum olmuşdu.

Cütlük həmin ilin may ayında "Kann Film Festivalı"nda tanış olub.

Xatırladaq ki, Ceretti 2020-ci ildə Anyma təxəllüsü ilə tanınan DJ Matteo Milleri ilə ailə qurub. Cütlük 2023-cü ilin iyununda modelin Di Kaprio ilə tanış olmasından sonra boşanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə