Aktrisa Yakovlevanın vəziyyəti məlum olub

Aktrisa Alena Yakovleva Moskvada Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun cərrahiyyə şöbəsindədir.

SİA xəbər verir ki, bu barədə RİA Novosti tibb müəssisəsinə məlumat verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, 63 yaşlı Yakovlevanın vəziyyəti orta ağır qiymətləndirilir. O, başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Yakovlevanın appendisit şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilirdi. O, tamaşadan dərhal sonra təcili yardım maşını ilə aparılıb. Həmçinin aktrisanın bu gün Vaxtanqov adına teatrda yaradıcılıq gecəsi olmalı idi və tədbir ləğv edilib.

Xatırladaq ki, aktrisa “Yarik”, “Taxta qarının yuvası”, “Bir həyat”, “Muşketyorların qayıdışı” kimi filmlərdəki rolları ilə tanınıb. O, həmçinin “Sklifosovski”, “Qadın doktoru”, “Kadetstvo” və “Türk marşı” seriallarında rol alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə