Alsu konsert zamanı “həyatındakı əsas insana” müraciət edib...

...Məlum olduğu kimi, müğənni Alsu oktyabr ayında Moskva Musiqi Evində simfonik orkestr ilə çıxış edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, konsert zamanı Alsu “həyatındakı əsas insana” - səkkiz yaşlı oğlu Rafaelə müraciət edib.

Qeyd edilməlidir ki, Moskvadakı çıxışlar müğənninin uzun fasilədən sonra ilk böyük konsertləri idi. “Moskovski Komsomolets”in qeyd etdiyi kimi, yalnız bir konsertin olacağı planlaşdırılsa da, lakin tamaşaçılar biletləri o qədər aktiv şəkildə aldılar ki, daha bir tamaşa əlavə etmək qərara alınıb.

Deməli, konsertlərin birində Alsu oğluna müraciət edib. ...Oğlum bu gün zaldadır. Rafael, canım, səni görmürəm, amma səni çox sevirəm. Bu gün sizin üçün mahnı oxuyuram.

Alsu bunu oğluna xitabən deyib.

“Moskovski Komsomolets”in qeyd etdiyi kimi, müğənni həyat yoldaşı, iş adamı Yan Abramovdan ayrılması mövzusuna da münasibət bildirib.

...Alsu 2006-cı ildən Abramovla evli olub, onların bu izdivacdan iki qızı və bir oğlu var.

...2024-cü ilin avqustunda cütlüyün boşandığı məlum oldu. Müğənni bildirib ki, ona bu vəziyyətdən çıxmaqda pərəstişkarları kömək edib.

...Sosial şəbəkələrdə azarkeşlər hər gün mənə dəstək sözləri yazır. Bu mənə güc verdi və yaraların daha tez sağalmasına kömək etdi. Bunun üçün çox sağ olun”

Bunu da Alsu deyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə