Məşhur aktrisa yeni rolu ilə tanınmaz hala düşüb - FOTOLAR

Bu gün Hollivudun ən önəmli adlarından biri olan Sidney Svini əfsanəvi boksçu Kristi Martini canlandıracaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Bioqrafiya" filminə hazırlaşan aktyor tanınmaz hala düşüb.

"İnstaqram"da 22,5 milyon izləyicisi ilə son görünüşünü paylaşan aktrisa paparassilərin qurbanı olmamışdan əvvəl yeni görünüşünü paylaşmaq istədiyini bildirib.

27 yaşlı aktrisa deyib: "Son bir neçə aydır ki, həm rinqdə, həm də rinqdən kənarda döyüşən əsl çempion olan inanılmaz qadının hekayəsini canlandırmaq üçün məşq edirəm".

Xarakterinə daxil olmaq istəyən aktyor hər gün 7 saat güləş və kikboksinq məşqi alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə