Aktrisa evlilik təklifi ilə bağlı sualları cavablandırıb

Türkiyəli məşhur simalar Devrim Özkan və Kerem Bürsinin baş rollarda çəkildiyi filmin qala gecəsi keçirilib. Devrim Özkanın sevgilisi Lukas Torreira onu qalada tək qoymayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Devrim Özkan qalada evlilik təklifi ilə bağlı sualları cavablandırıb. "Qalatasaray"ın futbolçusu Lukas Torreira ilə sevgili olan Devrim Özkan münasibətlərinin yaxşı olduğunu və çox xoşbəxt olduqlarını bildirib.

Qala gecəsində sevgilisini tək qoymayan "Qalatasaray"lı futbolçu “İnstaqram” hesabında paylaşım etməyi də unutmayıb. Məşhur aktyor Devrim Özkan isə “İnstaqram” futbolçu sevgilisinin paylaşımına “yaxşı ki, sən" sözləri ilə cavab verib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə