Polina Qaqarina ona qarşı sanksiyalara etiraz edib

...Müğənni Polina Qaqarina ona qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edərək Avropa Məhkəməsinə müraciət edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə məlumat məhkəmənin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, iyunun 24-də Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 14-cü paketini təsdiqləyib. Buraya Rusiya maye qazının tranzitinə məhdudiyyətlər, bir sıra Rusiya KİV-lərinin Avropa İttifaqı ərazisində yayımına qadağa, habelə 116 rusiyalıya qarşı məhdudlaşdırıcı tədbirlər daxildir. Müğənni Şaman, müğənni Polina Qaqarina və aktyor İvan Oxlobistin də sanksiya siyahısına salınıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə