Cavad Rəcəbovun canlı efirdə halı pisləşdi

Müğənni Cavad Rəcəbovun canlı efirdə halı pisləşib. SİA xəbər verir ki, hadisə ATV kanalında yayımlanan “Rəngarəng” verilişində yaşanıb. Sənətçiyə özünə gəlməsi üçün su veriblər. Lakin halı düzəlməyib və onu kulisə aparıblar.

Daha sonra təcili tibbi yardım çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə