Məgər, göz rəngini dəyişdirən həkim deyil?! - MÜĞƏNNİDƏN AÇIQLAMA
Məlumdur ki, son zamanlar Azərbaycanda göz rəngi dəyişdirmə əməliyyatı etdirənlərin sayı artıb. Bir çoxları bu əməliyyatın ciddi fəsadları haqqında fikirlər irəli sürür. “Hətta kor belə ola bilərsiniz” deyə göz həkimləri söyləyir. Bəs, riskə gedib bu əməliyyatı etdirməyə dəyərmi? SİA mövzu ilə bağlı məşhur müğənni Təranə Qumralın fikirlərini öyrənib.
Onun sözlərinə görə, göz rəngini dəyişdirmək zövq məsələsidir: “Yəni, kimin zövqü nədirsə, onu da edəcək. Qaldı ki məsələnin zərər və xeyrinə, onu həkimlər daha yaxşı bilir”.
Təranə Qumral sözlərinə belə davam edib: “Məgər, göz rəngini dəyişdirən həkim deyil?! Həkim daha yaxşısını bilir, məncə zərərli olsa həkim bu dəyişimə yaxşı baxmaz.
Onu da bildirim ki, əgər biri gedib göz rəngini dəyişirsə və israrla tələb edirsə həkim nə etsin?! Hə, əgər məni soruşsanız mən heç vaxt bu əməliyyatı etdirmərəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə