"Əhmədin azadlıqda olması hamı üçün təhlükədir" - MÜĞƏNNİLƏR NARAZILIQ ETDİ
Məlumdur ki, ailəsinin 5 üzvünü öldürən Əhməd Əhmədov cəzadan azad edilib. Belə ki, onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək. Bəs, belə canilik edən birinin azadlığa buraxılması başqaları üçün də təhlükə deyil? Nə bəllidir öz doğmasına bunları edənin yadlara qıymayacağı? SİA mövzu ilə bağlı müğənni Ofelya Şabanova və Ülviyyə Namazovanın fikirlərini öyrənib.
Ofelya Şabanova bildirib ki, Əhməd psixatrik xəstəxanada ciddi rejimdə müalicə alacaq: “Fikrimcə, bu azadlığa çıxmaq deyil.
Yəqin ki, qanunla lazımi tədbir görüblər. Mümkün deyil ki, Əhməd kimi qatı cinayətkarı cəmiyyət içinə buraxsınlar”.
Ülviyyə Namazova: “Bu məsələ çox ağırdır və mənə pis təsir etdi. Çox stress yaşadım. Düşünürəm ki, onun azadlıqda olması hamı üçün təhlükədir. Ailəsinin 5 üzvünü öldürən biri necə düzələ bilər?! Xəstə adam necə taksi işləyə bilərdi?! Nə deyək. Qayda-qanun var”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə