Məşhur aktrisa yataq otağında yıxılaraq ölüb

Kuba əsilli ispan aktrisa və teleaparıcı Mayra Qomez Kemp 76 yaşında vəfat edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “La Vanguardia” yazıb.

Nəşrin yazdığına görə, yataq otağında sürüşərək yəxəlan Kemp, təxminən bir gün yerdə uzanmış halda qalıb.

Bundan sonra o, xəstəxanaya yerləşdirilsə də, sənətçini xilas etmək mümkün olmayıb.

Deyilənlərə görə, ölümə səbəb yıxılma nəticəsində aldığı xəsarətlər olub.

Aktrisanın filmoqrafiyasına yüzə yaxın əsər daxildir.

Yeri gəlmişkən, iyul ayında aktrisa Şannen Doertinin də ölüm xəbəri yayılmışdı. O, 54 yaşında döş xərçəngindən vəfat etdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə