Rejissor, ssenarist və aktyor Kənan Mahmudov məşq zamanı ayağını sındırıb. SİA xəbər verir ki, o, ehtiyatsızlıqdan idman zalında məşq edərkən ağır çəkili qanteli ayağlna salıb. Zərbə nəticəsində aktyorun ayaq sümüyü sınıb.
Hadisə ilə bağlı açıqlama verən aktyor, 2 həftə çəkiliş meydançasından uzaq qalacağını deyib: "İki gün əvvəl idman zalında 35 kiloluq qantel ehtiyatsızlıq səbəbi ilə ayağımın üstünə düşüb. Hadisədən sonra ayağımdakı bu ağrı ilə gəzirəm. Serial setində çalışan uşaqlar söylədilər ki, ayağını həkimə göstər. 3 millimetrlik ayağımın sümüyündə çat var. Əfsuslar olsun ki, 14 gün ayağım bu sarğıya məhkum olub. Serialdaki setə çıxa bilməyəcəyəm. Əlimizdə bölüm sayı az olduğuna görə bir həftə "Günahsız günahkar” serialı ekranda olmayacaq. Amma düşünürəm ki, bir həftə sonra dönüşümüz möhtəşəm olacaq. Xeyirlisi! Dualarınızı əsirgəməyin. Allaha əmanət olun".
Bütün xəbərlər Facebook səhifəmizdə