“Heç belə gülməli görünən cütlük görməmişəm..."

64 yaşlı Şon Penn və onun 30 yaşlı sevgilisi internetdə “baba və qəyyum” ifadəsi ilə tərifləniblər.

Amerikalı aktyor Şon Penn gənc xanımı ilə onlayn olaraq qiymətləndirilib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq material və şərhlər Daily Mail saytında dərc olunub.

…64 yaşlı sənətçi və onun 30 yaşlı sevgilisi model Valeriya Nikov Los-Anceles hava limanında lentə alınıb. Aktyor mavi köynək, göy gödəkçə və boz rəngli şalvarda paparassilərin qarşısına çıxıb.

Öz növbəsində, sevgilisi dar ağ top, geniş qara şalvar və kovboy tərzli çəkmələr geyinibmiş.

Nəşrin oxucuları şərhlərdə görüntülərdən danışıblar.

“Baba və qəyyum”, “Sanki yaş fərqi az idi, boy fərqi daha da gülməli edir”, “Heç belə gülməli görünən cütlük görməmişəm”, “Qətiyyən yoxdur. Belə bir qadının pul və piar olmasaydı, onun kimi qocaya baxmasının səbəbi…”, “Utanmalıdır”…

Bunları istifadəçilər şərhlərdə bildiriblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə