ABŞ rep ulduzu Eminem baba olur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı rep ulduzu Eminem yeni "Temporary" mahnısına hazırladığı klipdə baba olacağını açıqlayıb.

Yayımladığı videogörüntülərin sonunda Eminemin qızı Hailie Jade atasına "Baba" yazısı olan köynək və ultrasəsdən çəkilmiş şəkli hədiyyə edərək baba olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə