"Heç kim mənim dəfnimə gəlməsin" - Bülent Ersoy

Bülent Ersoy həmkarlarının dəfn mərasiminə getməməsinin xüsusi səbəbi olub-olmaması sualını cavablandırıb. Ersoy deyib: "Cənazimə kimsənin gəlməsini istəmirəm. Özüm gedəcəm". SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə diva ləqəbli Bülent Ersoy son dövrlərdə sənətçilərin itkiləri və sədaqətsizlikləri ilə bağlı sualı cavablandıraraq deyib: "And içirəm, heç vecimə deyil, dəfnimə kimsənin gəlməsini istəmirəm".

Bülent Ersoy ağız və diş baxımı üçün Antalyaya gəlib. Bir sıra əməliyyatlar həyata keçirəcək Ersoyun dişlərinə brilyant taxılacaq. Prosedurlardan əvvəl klinika sahibləri ilə şam yeməyinə gedən Bülent Ersoy məkana daxil olarkən restoranda olanlar tərəfindən alqışlarla qarşılanıb. Restoranda pərəstişkarları sənətçi ilə şəkil çəkdirmək üçün yarışıblar. Gecədə jurnalistlərin suallarını cavablandıran Bülent Ersoy bildirib: "Vəfasızlıq təkcə dəfn mərasimlərində deyil, nə qədər ki, bu həyatda nəfəs alırıq, bu vəfasızlıqlar davam edəcək".

Sezen Aksunun "Özümü yaxşı hiss etsəm, yenidən səhnəyə qayıda bilərəm" sözlərini xatırladan Ersoy deyib: "And içirəm, çox xoşbəxtəm. Çünki onun yoxluğu böyük bir əskiklikdir. Türkiyənin ən yaxşı səslərindən biridir. O, alaturkanı o qədər gözəl oxuyur ki, onu izah edə bilmirəm".

"Heç vaxt səhnəyə ara verməyi düşünmüsünüzmü" sualına Ərsoy belə cavab verib: "Heç vaxt belə bir şey düşünməmişəm. Bir az həyasızam. Son ana qədər səhnədə olacam".

Bütün xəbərlər Facebook səhifəmizdə