Ornella Muti Rusiyaya tez-tez səfərlərinin səbəbini açıqlayıb…

…Soçidə keçirilən KinoBravo beynəlxalq festivalında italyan aktrisa Ornella Muti Rusiyanı necə sevdiyi haqda danışıb.

SİA bu barədə rus saytlarına istinad edir.

…Düşünürəm ki, mənə çox danışmağa belə ehtiyac yoxdur. Mən Rusiyaya tez-tez gəlirəm, bu doğrudur. Çünki mən onu sevirəm. Xüsusilə sevinirəm ki, məni sevən bütün rus pərəstişkarlarım məni qarşılayırlar. Bunun üçün gəlirəm.

Bunu Ornella Muti deyib.

Françeska Romana Rivelli (Ornella Mutinin əsl adı – A.B.) də Soçinin iqliminə heyran olub.

Qeyd edək ki, bundan əvvəl Rusiyaya uçan Ornella Mutinin İstanbul hava limanında baqajını itirdiyi barədə məlumat yaymışdı. Sankt-Peterburqa gələn sənətçi, uzun uçuşdan sonra əşyasız qaldığını aşkar etmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə