Müğənni Vəfa Şərifova yenidən mahnı oğurluğu ilə gündəmə gəlib. SİA xəbər verir ki, bu haqda əslən iranlı müğənni İman Zaman məlumat verib. Onun sözlərinə görə Vəfa, onun müəllifi olduğu "Nazlı qızım" mahnısını öz adına keçirdərək dələduzluq edib: ""Cənnətim" mahnısı Vəfanın ilk oğurluğu deyil. O mənim "Nazlı qızım" mahnımı da oğurladı, oxudu, onun işçisi Nadir Kərimov isə mənim adıma "youtube" kanalı açaraq mahnılarımdan istifadə edərək paylaşdılar. Dəfələrlə irad bildirsəm də Vəfa məni bloka atdı, üstümə başqa adamları göndərdi.
"Youtube" da mənim mahnılarımdan gələn bütün qazanclara da əl uzatdılar. Hətta mahnını özbək müğənniyə 800-1000 dollar arası məbləğə satdılar" deyə bildirib.
Daha sonra müğənni öz kanalını geri almaq üçün Vəfaya pul ödədiyini bildirib: "Mənim kanalımı ələ keçirdikləri üçün mahnımı onlardan geri ala bilmirdim və sonunda öz mahnımı mənə pul ilə satdılar. Kanalımı geri aldım və sənəd imzaladım ki, onun ifası da qalsın.Çünki buna məcbur idim. O mahnının halallığını Vəfaya verməmişəm, heç zaman da verməyəcəyəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə