“Arvadımın məni evdən qovmasını istəyirsən..?”

Leps yaxınlarda gizli bir toya işarə edib..?

Müğənni Qriqori Leps Yekaterinburqda verdiyi konsertdə 18 yaşlı Avrora Kibanı həyat yoldaşı adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız şəxsi bloqunda konsertdən müvafiq video yayımladı.

Belə ki, mahnılar arasındakı fasilə zamanı sənətçinin pərəstişkarlarından biri ona naməlum qadının portretini vermək istəyib.

Lakin Leps arvadının evdə onu gözlədiyini əsas gətirərək şəkli qəbul etməyib.

…Bu qadın kimdir? Arvadımın məni evdən qovmasını istəyirsən?.

Deyilənlərə görə, sənətçi emosional reaksiya verib.

Qeyd edək ki, Lepsin 18 yaşlı Avrora Kiba ilə yeni romanı yayın əvvəlində məlum olub. Sonra o, gənc xanımla musiqi mükafatında görünüb.

Qızın kim olduğunu ondan soruşduqda müğənni mənim sevgilimdir cavabını vermişdi.

Amma həmən vaxt qız “bəli” deməmişdi.

Bir ay sonra o, Kibaya olan hisslərini açıq şəkildə etiraf etdi. Əvvəllər qız sosial şəbəkələrdə "Qısa, lakin aydın" yazısını imzalayaraq möhtəşəm bir üzük şəklini yayımladı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə