Zivert yeni imici ilə səhnəyə qayıtdı - FOTO

Fevralın əvvəlində müğənni Zivert (əsl adı Culiya Sievert) pərəstişkarlarına qeyri-müəyyən müddətə yaradıcılığa fasilə verdiyini açıqlamışdı. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin sıx qrafiki və qastrol səfərləri səbəbindən həll edə bilmədiyi sağlamlıq problemləri idi. Müğənni altı ay sonra yeni imici ilə səhnələrə qayıdıb. O, qara saçlarını şərab qırmızısına boyaraq izləyicilərinin qarşısına çıxıb. "Biz qayıtdıq! Yenilənmiş, doldurulmuş və həmişəkindən daha güclü! Ürəyinizi daha da çox sevgi ilə isitmək üçün burdayam”, – müğənni paylaşımında yazıb.

Xatırladaq ki, bu ərəfədə sosial şəbəkələrdə müğənninin hamilə olması xəbərləri də yayılmışdı. Buna səbəb sosial media istifadəçilərinin müğənninin fotolarında qarnının yuvarlaq olduğunu deməsi olmuşdu. Culiya bu iddialara "Şəkil çəkdirməzdən əvvəl çox yemək yemişdim" sözləri ilə cavab verib

Bütün xəbərlər Facebook səhifəmizdə