Brüs Uillisin pərəstişkarları onun yeni fotolarından qorxublar

…Məşhur aktyor Brüs Uillisin pərəstişkarları onun paparassilər tərəfindən çəkilmiş yeni fotolarına görə, sənətçinin səhhətindən qorxduqlarını bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, fotoları Daily Mail tabloidi nümayiş etdirib.

Bəzi şərhçilərin fikrincə, uzaq və itmiş görünən “Die Hard” ulduzunun görünüşü istifadəçiləri qorxuya salıb.

Bir müddət bundan əvvəl ailənin də Uillisə görə narahat olduğu bildirilmişdi.

Onları bir sual düşündürür: sənətçi doğum gününə qədər yaşaya biləcəkmi?

Xatırladaq ki, 2023-cü ilin fevralında aktyora idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiya diaqnozu qoyulub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə