İbrahim Tatlısəsə qızı Dilan Çıtak Tatlısəsin kabin işçisi ilə çıxardığı dava ilə bağlı sual verilib. İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəsin davası ilə bağlı suallara verdiyi reaksiya diqqət çəkib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Dilan Çıtak Tatlısəs hava limanında əvvəlcə kabin işçisi, daha sonra polis əməkdaşı ilə yaşadığı dava ilə gündəmə gəlib. Sosial mediada böyük əks-səda doğuran hadisədən sonra bütün gözlər ata İbrahim Tatlısəsə çevrilib.
Bu günlərdə Dilan Çıtak Tatlısəsin atası İbrahim Tatlısəsin Bodrumdakı evinə girərək pultu atasına atdığı iddia edilmişdi.
Maqazin gündəmini bomba kimi vuran hadisədən sonra mətbuat konfransında danışan İbrahim Tatlısəsə bu hadisə ilə bağlı sual verilib. "Aramızda Qalan"ın xəbərinə görə, Tatlısəs əvvəlcə "susmaq işarəsi" etdi, sonra isə məsələ ilə bağlı danışmaq istəmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə