Amerikaya mühacirət edən Nalçikli müğənni Şamil Malkanduyevin (Oskar, 2000-ci illərin "Mən və sən arasında" hitinin müəllifi –A.B.) taleyi dözülməz olub?
Müğənni restoranlarda çıxış edib, sonra hansısa mərhələdə özünü qadın adlandırmağa və qadın paltarı geyinməyə başlayıb.
Alkoqol və qeyri-qanuni maddələrdən sui-istifadə onun işini və müvafiq olaraq evini itirməsinə səbəb olub. Psixiatriya klinikasında müalicə yalnız müvəqqəti effekt verib.
İndi 45 yaşlı Malkanduyev sərgərdan gəzir və Amerikanı söyür.
Onun fikrincə, buradakı cəmiyyət də, hakimiyyətdəkilər də onu qəbul etməyib, evsiz qoyub.
Shot Telegram kanalının yazdığı kimi, o, ABŞ-ı kasıb ölkə adlandırır və Rusiyada həyatın daha yaxşı olduğunu bildirir. Dostları Şamilə kömək etməyə çalışsalar da, sənədlərin bərpası ilə məşğul olmaq istəmədiyi üçün onlar artıq təslim olublar.
Ona küçələrdə sağ qalmağa kiçik bloggerlərdən çəkilişlər üçün alınan pullar və dostlarının ianələri kömək edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə