Azərbaycanda “Əlvida xoşbəxtlik” adlı yeni serial yayıma hazırlaşır. SİA xəbər verir ki, baş rollarında Vüsal Murtuzəliyev və Ülviyyə Rzanın yer aldığı layihə Zemfira Əbdülsəmədova, Firdovsi Atakişiyev kimi ustad simaları özündə birləşdirib. Serialın ssenarisi Türkiyədə “Sadakatsiz” kimi çəkilən, orijinalında isə “Doctor Foster” adlanan ekran işi ilə eyni süjet xəttinə malikdir. “Əlvida xoşbəxtlik” sentyabrın 16-ı 21:30-da ATV-də tamaşaçı qarşısına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə