"Yalı Çapkını"nın yeni sezonundan ilk görüntülər yayımlanıb - VİDEO

Baş rollarda Afra Saraçoğlu, Mert Ramazan Demir və Çetin Tekindorun yer aldığı "Yalı Çapkını"nın yeni sezonunun ilk treyleri yayımlanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunun 7-də axşam saatlarında yayımlanan 73-cü bölümü ilə mövsüm finalını edən "Yalı Çapkını" 3-cü sezonunun ilk tanıtımında Feritdən ayrılan Seyran ölümlə üz-üzə qalarkən başqa bir insana çevrilir. Həyatda heç vaxt baş verməyəcəyini düşündüyünüz şeylər baş verir. Sadəcə onsuz nəfəs ala bilməyəcəyini düşünəndə əslində onunla boğulduğunu başa düşürsən və bunu ancaq yeni insan kimi öyrənirsən sözləri diqqət çəkib.

"Yalı Çapkını"nın yeni sezonu 13 sentyabrda Türkiyənin "Star" kanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə