Britaniyalı müğənni Elton Con göz infeksiyası nəticəsində qismən kor olduğunu açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə instaqram səhifəsində paylaşım edib.

“Yayda mən ciddi göz infeksiyası ilə üzləşdim və təəssüf ki, indi bir gözüm yalnız qismən görür”, - deyə məşhur musiqiçi bildirib.

Elton əlavə edib ki, sağalma prosesi ləng gedir və zədələnmiş gözün görmə qabiliyyətinin bərpası bir qədər vaxt aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə