Dələduzluq edən fenomen ailənin 195 il həbsi istənilir

İstanbulda fırıldaqçılıq ittihamı ilə həbs edilən sosial media fenomeni cütlük Kıvanç və Beril Talu üçün hər birinə 195 il həbs tələb olunub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddianamədə müttəhimlərin "ponzi" sistemi yaradaraq 13 nəfəri ümumilikdə 3 milyon 17 min lirə aldatdıqları qeyd edilib.

Kıvanç və Beril Talu ittihamları qəbul etməyərək o dönəmdə maddi sıxıntı yaşadıqlarını etiraf ediblər. Kıvanç Talu borclarını ödəyə bilmədiklərindən və başladıqları layihələri reallaşdıra bilmədiklərindən borclarının daha da artdığını bildirib. Kıvanç Talu heç kimi aldatmadıqlarını, borclarının arxasında durduqlarını, ödəniş aldıqları şəxslərin təhdidlərindən sonra xaricə qaçdıqlarını və pul lazım olduğu üçün telefonlarını satdıqlarını deyib. Hazırlanan iddianamə Anadolu 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilərək, qiymətləndirməyə göndərilib. Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə başlayacaq

Bütün xəbərlər Facebook səhifəmizdə