...Deyəsən “ağ at bu dəfə arpa yeməyəcək”..?

Rusiyanın xalq artisti Qriqori Leps etiraf edib ki, gənc xanımı Aurora Kibanın London kollecinə qəbulu müğənninin Böyük Britaniyaya girişinə qadağa qoyulmasına baxmayaraq, onların münasibətlərinə heç bir təsir göstərməyəcək.

...Mən düşünmürəm ki, məsafə münasibətlərə mane olacaq. Məni 2011-ci ildən Londona buraxmırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Leps bunu Mariya Melnikovanın “MIDNIGHT BALL” 2-ci idman bal rəqsi turnirində deyib.

Xatırladaq ki, Lepsin yeni romanı yayın əvvəlində məlum olub. Qızın cəmi 18 yaşı var, o, məktəbi bu yaxınlarda bitirib.

Bir də qız ifaçının pulu ilə maraqlanmadığını iddia edərək, valideynlərinin artıq ona xoşbəxt həyat bəxş etdiyini söyləyir. ...Qriqori ilə Avrora arasında 43 yaş fərq var. Buna görə də hamı münasibətlərin ciddiliyinə inanmır və onların heç biri yaxınlaşan toyu rəsmi olaraq təsdiqləməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə