Sankt-Peterburqda Ornella Mutini az qala skuter vuracaqmış...
...Sankt-Peterburqa səfərə gələn əfsanəvi aktrisa Ornella Mutini az qala skuter sürən uşaq vuracaqmış.
SİA-nın əldə etdiyi məlumata görə, hadisənin videosunu 78.ru portalı yayıb.
İtalyan aktrisa oteldən çıxarkən skuterdə olan bir gənc onun yolunu kəsmək üçün səki ilə hərəkət edib.
Toqquşmanın qarşısı alınıb və Muti özü də bu hadisəyə təbəssümlə cavab verib.
Bundan əvvəl Ornellanın baqajının hava limanında itdiyi barədə məlumatlar yayılsa da, bu məlumat təkzib edilib. Aktrisa Rusiyaya rəssam Nikos Safronovun əsərlərinin açılışına gəlib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB