Uzun müddətdir sevgili olan və evliliyə hazırlaşan türkiyəli aktrisa cütlüyü Pınar Dəniz və Kaan Yıldırımın toy tarixi bəlli olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bir müddətdir sevgili olan və bu yay evlənəcəkləri gözlənilən aktrisa cütlüyü Pınar Dəniz və Kaan Yıldırım tezliklə evlənir.
Ara-sıra birlikdə fotolarını izləyiciləri ilə paylaşan cütlüyün nə vaxt evlənəcəyi bəlli olub. Birsen Altuntaşın xəbərinə görə, cütlük sentyabrın ortalarında evlənir.
Ötən il avqustun 6-da İngiltərədə evlənmək qərarına gələn və bu yay evlənəcəkləri ilə bağlı xəbərlər yayılsa da, toy planlarını təxirə salan məşhur aktrisa cütlüyü əvvəlcə birlikdə yaşayacaqları evi seçib və onun dekorasiyası ilə məşğul olub. Məlum olub ki, Dəniz və Yıldırım bir müddətdir ki, sentyabrın ortalarında evlənməyə hazırlaşırmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB