O, boşanmaq istəmirdi. O, hər şeyi həll etmək istəyirdi...

...Artıq məlum olduğu kimi, məşhur amerikalı müğənni Cennifer Lopez və əri, Oskar mükafatlı aktyor Ben Afflek rəsmən boşanır. Sənətçiyə yaxın adamlar onun keçmiş sevgilisindən necə ayrıldığını danışıblar.

SİA-nın əldə etdiyi məlumata görə Los Anceles məhkəməsinə boşanma sənədlərini təqdim etdikdən sonra Cennifer Lopez ictimaiyyətə görünmür.

O, Bendən boşanması ilə bağlı heç bir açıqlama verməyib. İnsayderlər “Page Six”ə şərh yazıblar ki, müğənni ərindən boşandığı üçün çətin günlər keçirir. İndi o, həyatının ən çətin dövrünü yaşayır. Mənbələr Lopezin evliliyi xilas etmək istədiyini, lakin aktyorun davranışı ona seçim qoymadığını bildirir.

...Onun üçün inanılmaz dərəcədə çətin idi ki, Ben onların evliliyindən uzaqlaşmaq və onu geridə qoyaraq həyatına davam etmək qərarına gəlib. O, boşanmaq istəmirdi. O, hər şeyi həll etmək istəyirdi. Onlar bir-birlərini sevirlər. Cennifer sadəcə imtina edəcək biri deyil. Gözləmək onun üçün az qala işgəncə idi.

Qeyd edək ki, bunu insayder paylaşıb.

Çətin dövrə və təcrübələrə baxmayaraq, mənbələrə görə, ulduz indi özünü rahat hiss edir. O, qərarını dəstəkləyən ailəsi ilə boşanır. "Onun ailəsi və dostları bunun düzgün qərar olduğuna razıdırlar" deyə müğənninin yaxınları yekunlaşdırıb. …Bildiyiniz kimi, cütlük 2 il evli idi. Cennifer və Ben birdən-birə ictimaiyyətə birlikdə görünməyi və üzük taxmağı dayandırdılar. Tərəfdarlar cütlüyün münasibətlərində böhran olduğunu irəli sürdülər. 2024-cü ilin avqustunda Lopezin Afflekdən boşanmaq üçün rəsmi müraciət etdiyi məlum oldu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə