Ağır xəstə olan Uillisin qızı onun vəziyyətindən danışıb...

...Ağır xəstə olan Hollivud aktyoru Brüs Uillisin yaxınları bir neçə aydan sonra ilk dəfə onun vəziyyəti barədə məlumat veriblər. Əfsanəvi "Die Hard"ın böyük qızı, 36 yaşlı aktrisa Rumer Glenn Uillis şəxsi bloqunda narahat olan pərəstişkarlarını sakitləşdirib.

...Onunla hər şey əladır. Mən onu çox sevirəm. Təşəkkür edirəm, - o, atasının əlindən tutduğu şəklini əlavə edərək yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, Uillisin əvvəlki şəklini onun həyat yoldaşı, model Emma Heminq yayımlayıb.

Xatırladaq ki, martın 19-u aktyorun 69-cu doğum günü idi. ...Onu da xatırladaq ki, 2022-ci ildə Uillis yaşa bağlı beyin xəstəlikləri səbəbindən təqaüdə çıxmaq məcburiyyətində qalıb. Keçən il ona frontotemporal demensiya diaqnozu qoyulub ki, onun da əlamətlərindən biri nitq pozğunluğu olan afaziyadır.

...Təəssüf ki, aktyorun vəziyyəti getdikcə pisləşir. Məlumdur ki, 2023-cü ilin sonunda o, 13 ildir evli olduğu və boşandıqdan sonra dostluq münasibətləri saxladığı keçmiş həyat yoldaşı Demi Mur da daxil olmaqla, tanışlarını və hətta bəzi yaxın adamlarını tanımağı dayandırıb.

Buna baxmayaraq, aktrisa keçmiş ərinin qayğısına qalmaqda fəal iştirak edir. O və Uillisin digər yaxınları ümidsizliyə qapılmırlar, onu qayğı ilə əhatə edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə