Cennifer boşanma səbəbini açıqladı - FOTO

Məşhur aktrisa və müğənni Cennifer Lopez Ben Afflekdən boşanmasının səbəbini açıqlayıb. SİA xəbər verir ki, bu haqda “Page six” yazıb. O, aktyor Ben Afflekdən ayrılmasına səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib. Məlumata görə, 55 yaşlı ulduz boşanma sənədlərində bunu əsas səbəb kimi bildirib.

Müğənni boşanma nəticəsində ona və ya Afflekə həyat yoldaşı adına maddi dəstəyin verilməsini istəmədiyini deyib. O, həmçinin toydan sonra götürdüyü Cennifer Lin Afflek adının Cennifer Lin Lopez olaraq dəyişdirilməsini istəyib.

Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa edib, 2022-ci ildə isə nəhayət evləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə