Meksikanın danışdığı dəbdəbəli toy - Türk bəy görün kim çıxdı!

Məşhur meksikalı İnfluencer Lizbet Rodriges Xoçimilkoda evlilik təklifi aldıqdan bir neçə gün sonra evlənib. Bəy türk əsilli Barış Akkayadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “İnfieles” rəqəmsal proqramının aparıcısı və böyüklər üçün məzmun prodüseri Lizbet və Barış Akkaya evlilik təklifindən bir həftə sonra evləniblər.

Meksika mətbuatı bu toya böyük maraq göstərib. Yaşı məlum olmayan Barış Akkaya ilə Lizbetin toyuna dostları və yaxınları qatılıb. Toydan çəkilən video "TikTok"da yayılıb. Məşhur fenomenin toyda ağ qolsuz libas geyindiyi və çox xoşbəxt olduğu görülüb. Vals oxuyan cütlük daha sonra nikah şəhadətnaməsinə imza ataraq evləniblər. Altınbaş Universitetinin məzunu Barış Akkaya "Acun Media"nın əməkdaşıdır. Böyük mühasibat işçisi olan Akkayanın Lizbetlə necə tanış olduğu məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə